21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupundakı ilk oyununda Xorvatiya yığmasının qonağı olub.

"Velika Qoritsa" stadionunda keçirilən və ukraynalı FIFA referisi Denis Şurmanın idarə etdiyi qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesab 10-cu dəqiqədə açılıb. Luka Suçiç fərqlənib. Fasiləyədək bərabərlik axtarışında olan komandamız qapısında daha bir top görüb. 24-cü dəqiqədə Roko Şimiç hədəfdən yayınmayıb.Qalan vaxtda Azərbaycan seçməsi çox çalışsa da, fərqlənə bilməyib:  Xorvatiya – Azərbaycan: 2-0. Qeyd edək ki, Azərbaycanın U-21 millisi A qrupunda ikinci görüşünü sentyabrın 7-də səfərdə Avstriya kollektivinə qarşı keçirəcək.