Azərbaycan futbolçuları ilə dünya çempionatının seçmə mərhələsində A qrupunda mübarizə aparan İrlandiya və Portuqaliya komandaları Lissabonda üz-üzə gəliblər.
15-ci dəqiqədə meydan sahibləri hesabı açmaq üçün əla imkan qazansalar da, Kriştianu Ronaldu penaltidən yararlana bilməyib. Hissənin tamamında qonaqlar gözlənilmədən üstünlük qazanıblar. Con İqan İrlandiya yığmasını önə keçirib. Amma qonaqlar sərfəli hesabı sonadək qoruya bilməyiblər. Görüşün başa çatmasına 1 dəqiqə qalmış Kriştianu Ronaldu tarazlığı bərpa edib. Bunu la Portuüaliyalı ulduz millinin heyətində vurduğu qolların sayını 110-a çatdıraraq Əli Dayenin rekordunu yeniləyib. Ronaldu 2-ci hissəyə artırılmış 6-cı dəqiqədə dubl edərək Portuqaliya seçməsinin qələbəsini təmin edib. 36 yaşlı hücumçu vurduğu vacib qolu qeyd edərkən formasını çıxardığına görə sarı vərəqəylə cəzalanıb. Ronaldu limiti doldurduğundan Azərbaycan yığması ilə sentyabrın 7-si Bakıda keçiriləcək matçsa meydana çıxa bilməyəcək. A qrupunda Portuqaliya seçməsi 10 xalla liderdir. 3 xal az toplayan Serbiya millisi 2-ci yerdədir. İrlandiya komandasının Azərbaycan seçməsi kimi hələ ki, xal qazana bilməyib.