Futbolçularımız dünya çempionatının seçmə mərhələsində 3-cü görüşə çıxıb.

Komandamız səfərdə Lüksemburq yığması ilə üz-üzə gəlib. Qarşılaşma seçməmiz üçün heç də yaxşı başlamayıb. Artıq 8-ci dəqiqəfə rəqib hesabı açıb. Mika Pintunun zərbəsindən sonra qapıçımız Şahruddin Məhəmmədəliyev topu dəf edə bilməyib. Fasiləyə kimi komandamız qapısında daha bir qol görüb. Abbas Hüseynovun cərimə meydançasında kobud oyunu penalti kimi qiymətləndirilib. Jerson Rodriges fürsəti qaçırmayıb. 1-ci hissə Lüksembyrq futbolçularının 2:0 hesablı üstünlüyü ilə başa çatıb. 2-ci yarıda futbolçularımız müəyyən qədər fəallaşıb. Millimizin səyi 67-ci dəqiqədə bəhrəsini verib. Emin Mahmudov cərimə zərbəsindən gözəl qol vurub. Seçməmiz fərqi minimuma endirsə də, daha artığına nail ola bilməyib. 2:1 hesabilə qələbə qazanan Lüksembyrq yığması A qrupunda 6 xalla 3-cüdür. 3 görüşün hamısında uduzan Azərbaycan seçməsi isə sonuncudur.