Şahmatçıların yeni yeni reytinq siyahısı açıqlanıb.
FIDE-nin rəsmi saytının məlumatıəna görə ilk "10-luq"da Azərbaycanın 1 təmsilçisi yer alıb. Teymur Rəcəbov 2763 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 5 pillə geriləyərək, "onluğ"u tərk edib. Qrossmeystrimiz hazırda 2762 xalla 11-cidir. Digər şahmatçılarımızdan Qədir Hüseynov 3 pillə irəliləyərək, 69-cu sıraya yüksəlib. Rauf Məmmədov da mövqeyini bir qədər yaxşılaşdırıb. O, 91-ci yerdən 89-cu sıraya yüksəlib. 6 pillə geriləyən Nicat Abbasov isə 93-cü sırada qərarlaşıb. Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. Norveçli dünya çempionu Maqnus Karlsen əvvəlki kimi birinci pillədədir. Onun ən yaxın ziləyicisi amerikalı Fabiano Karuanadır. Ilk 3-lüyü Çin şahmatçısı Dinq Liren tamamlayır. Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə irələləyib və 25-cı sırada yer alıb. Gülnar Məmmədova 68-ci, Xanım Balacayeva isə 92-cidir.