İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında növbəti oyunlar olub.

Azərbaycan şahmatçısı Rauf Məmmədov 6-cı turda qələbə qazanıb. Qrossmeystrimiz fransalı Maksim Laqardı məğlub edib. Bu nəticə ilə xallarının sayını 5 xal yarıma çatdıran Rauf Məmmədov liderliyə yüksəlib. Digər şahmatçılarımız - Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov isə macarıstanlı Viktor Erdosla heç-heçə edib. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir