İdmansevərlərin diqqəti Yaponiyadadır.

Gündoğar ölkənin paytaxtında Paralimpiya Oyunları keçirilir. Bu gün daha 3 idmançımız mübarizəyə qoşulub. Komandamızın ən gənc üzvü - üzgüçümüz Dana Şandıbina 100 metr mıəsafəyə brass üsulu ilə üzmədə bacarığını göstərib. O, final mərhələsinə yüksələ bilməyib. Digər üzgüçümüz Vəli İstafilov kişilərin 100 metr məsafəyə brass üsulu ilə yarışın final mərhələsində qüvvəsini sınayacaq. Atletimiz Elmir Cəbrayılov isə 400 metr məsafəyə qaçışda mükafatlar uğrunda yarışacaq.