"Legiya"nın Polşa liqasının 6-cı turunda "Krakov"la matçda ən yaxşı oyun sərgiləyən futbolçusu məlum olub.

Millimizin üzvü Mahir Emreli azarkeşlər arasında səsvermədə 10-dan 5, 83 bal toplayaraq görüşün ən yaxşısı seçilib. Xatırladaq ki, həmin qarşılaşma "Legiya"nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Emreli 46-cı dəqiqədə topu qapıya göndərsə də, qol qeydə alınmayıb.