Tokio paralimpiadasının 7-ci günü Azərbaycan komandası üçün uğurlu başlayıb.

Üzgüçümüz Raman Saleh gündoğar ölkənin paytaxtında özünün 2-ci qızıl medalını qazanıb. O, 100 metr məsafəyə sərbəst üsulla yarışın finalında 52,69 saniyəlik nəticəylə paralimpiya çempionu olub. Beləcə seçməmiz Tokioda 10-cu qızıl medala yiyələnib. Bundan başqa komandamızın hesabında 4 bürünc mükafat var.