Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.
Qitə birinciliyinin beşinci turunda Rauf Məmmədov turnir cədvəlinin lideri Robert Hovanesyan (Ermənistan) ilə üz-üzə gəlib. Ağ fiqurlarla rəqibinə qarşı mübarizə aparan şahmatçımız qarşılaşmanı qələbə ilə başa vurub. Xalların sayını 4,5-ə çatdıran R.Məmmədov liderlər qrupunda qərarlaşıb. Digər şahmatçılarımızdan Nicat Məmmədov Tarun Kanyamarala (İrlandiya), Nicat Abbasov Luka Nudesavlyeviç (Serbiya), Read Səmədov Tor Mari Aron (İslandiya) üzərində qələbə qazanıblar. Şahmatçılarımızdan yalnız Aydın Süleymanlı rəqibi Ventura Souzaya (Portuqaliya) uduzub.
Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız N.Məmmədov 4, N.Abasov 3,5, A.Süleymanlı, R.Səmədov 2,5 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.