İngiltərə çempionatının 3-cü turunda “Mançester Yunayted” səfərdə “Vulverhempton”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb. İkinci yarıda təzyiqi artıran qonaqlar görüşün sonlarına yqaxın istəklərinə çatıblar. 80-ci dəqiqədə Meyson Qrinvud fərqlənərək komandasına 3 xal qazandırıb:  “Vulverhempton” -  “Mançester Yunayted” 0:1

 

Günün digər qarşılaşmasında “Tottenhem” – “Uotford”u sınağa çəkib. Bu oyunda da azarkeşlər bir qola şahidlik ediblər. 42-ci dəqiqədə “Tottenhem”in cənubi koreyalı ulduzu Son Hen Minin vurduğu qol görüşün taleyini həll edib: “Tottenhem” – “Uotford” 1:0

“Börnli” – “Lids Yunayted” görüşündə isə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir dəfə fərlqəniblər. 3 turdan sonra 9 xalla “Tottenhem” liderdir. “Vest Hem”, “Mançester Yunayted”, “Çelsi”, “Liverpul” və “Everton” isə hərəyə 7 xalla müvafiq olaraq  2-ci- 6-cı yerlərdə qərarıaşıblar.