Harri Keyn “Tottenhem”dən ayrılmayacaq.

İngiltərə millisinin hücumçusu şəxsi “Twitter” hesabında ona dəstək verən londonlu azarkeşlərə təşəkkür edərək bu mövsüm komandasının uğuru üçün əlindən gələni edəcəyini söyləyib. Xatırladaq ki, “Mançester Siti” bu yay Keyni transfer etmək üçün dəfələrlə “Tottenhem”ə təklif göndərsə də, istəyinə çata bilməyib. London klubu hətta “şəhərlilər”in 150 milyon avroluq təklifini də geri çevirib.