Tokio-2020 Paralimpiya Oyunları davam edir.

Yarışların ikinci günündə ilk idmançımız mübarizəyə qoşulub. Söhbət pauerliftinqçimiz Pərvin Məmmədovdan gedir. 49 kq çəki dərəcəsində yarışan ağır atletimiz güclü rəqiblərilə gərgin mübarizə aparıb. O, 156 kq ağırlıq qaldıraraq, yarışın bürünc medalını qazanıb. Bu, ölkəmizin Tokio 2020 Paralimpiya Oyunlarında ilk medalıdır. Uğurlu nətiəcədən sonra Tokiodakı atletlər kəndinə qayıdan Pərvin Məmmədov böyük coşğu ilə qarşılanıb. Onu Azərbaycanın nümayəndə heyəti və digər paralimpiyaçılarımız təbrik ediblər.