Milli komandamızın sabiq üzvü Ruslan Qurbanov kareyerasını ölkə xaricində davam etdirəcək.

Yarımmüdafiəçi Belarusun “Slaviya-Mozır” komandasının uğurları üçün çalışacaq. Futbolçu yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb.  “Slaviya-Mozır” 20-ci turdan sonra ölkə çempionatında 14-cü yerdədir. Xatırladaq ki, Ruslan Qurbanovun sonuncu klubu “Zirə” olub.