Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərində şahmatçıların “Reks Sinkfild” kuboku yarışı keçirilir.
Turnirin 7-ci mərhələsində həmvətənimiz Şəhriyar Məmmədyarov Amerika Birləşmiş Ştatları idmançısı Fabiano Karuana ilə üz-üzə gəlib. Təəssüf ki, qrossmeysterimiz ardıcıl 2 heç-heçədən sonra uduzub. Məmmədyarov 8-ci turda Amerikalı digər şahmatçı Cefri Şonqla qarşılaşacaq. Qeyd edək ki, idmançımızın hesabında 3 xal var. O, hazırda 6-cı yerdədir. 10 turdan ibarət yarışa avqustun 26-sı yekun vurulacaq. Ümumi mükafat fondu 325 min dollar olan “Reks Sinkfild” kuboku yarışında qalib şahmatçı 90 min dollar əldə edəcək.