Formula 1-də çinli pilot debüt edə bilər.

Avropa mıtbuatının məlumatlına görə “Uilyams” və “Alfa Romeo” komandaları hazırda Formula 2-də çıxış edən Çjou Quanyonun xidmətində maraqlıdır.  Gənc pilot “Reno” akademiyasının yetirməsi olsa da, Fransa komandası Fernando Alonso və Esteban Okonla əməkdaşlığı davam etdirmək istəyir.  Formula 1-ə rəhbərlik edən “Liberty Media” şirkəti isə Çində populyarlıq qazanmaq üçün Quanyonun şans qazanmasında maraqlıdır. Deyilənə görə, Çinin nəhəng şirkətləri də yerli pilota sponsorluq etməyə hazırdır.