İlk turda “Alaves”i 4:1 hesabilə məğlub edən “Real” La Liqanın 2-ci turunda “Levante”nin qonağı olub. “Kral klubu” 5-ci dəqiqədə Qaret Beylin vurduğu qol sayəsində önə keçib. Fasiləyə qədər qol olmayıb. 2-ci yarı meydanda daha gərgin və maraqlı mübarizə gedib. “Levante” futbolçuları saatın tamamına qədər hesabı xeyirlərinə dəyişiblər. Rover Marti və Xose Kampaniya diqqət mərkəzinə düşüb. 73-cü dəqiqədə tarazlıq bərpa olunub. Vinisius Junior hesabı bərabərləşdirib. Lakin bu da matçda vurulan sonuncu qol olmayıb. 79-cu dəqiqədə Roberto Pir “Levante”ni yenidən irəli keçirib. Amma vaxtın yekunlaşmasına 5 dəqiqə qalmış Vinisius Junior dubl edərək “Real”ı məğlubiyyətdən qurtarıb. Matçda yadda qalan son hadisə 87-ci dəqiqəyə təsadüf edib. Aytor Fernandes qırmızı vərəqəylə cəzalanıb. “Levante” – “Real” 3:3.
Madridin digər komandası “Atletiko” isə azarkeşlərini sevindirib. Dieqo Simeonenin kollektivi “Elçe”ni minimal hesabla məğlub edib. Yeganə qol 39-cu dəqiqədə vurulub. Rodriqo De Paulun ötürməsindən sonra Anxel Korrea fərqlənib.
Eyni hesab “Real Sosyedad” – “Rayo Valyekano” qarşılaşmasında qeydə alınıb. Baskoniya klubu rəqibinə qalib gəlib.