Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 10-cu turunun oyunları keçirilib.

Yarışın son turlarında mübarizə daha da gərginləşir. Təmsilçilərimiz Gülnar Məmmədova Rusiya, Günay Məmmədzadə Almaniya, Xanım Balacayeva Yunanıstan, Xəyalə Abdulla Rumıniya şahmatçısına qalib gəlib. Gövhər Beydullayeva və Turkan Məmmədyarova Rusiya, Ülviyyə Fətəliyeva Avropa Şahmat İttifaqı, Ayan Allahverdiyeva Almaniyadan olan rəqibilə heç-heçə edib. Zeynəb Məmmədyarova və Nəsrin Babayeva məğlub olub. Qitə çempionatının başa çatmasına 1 tur qalmış Məmmədova 6-cı, Məmmədzadə 11-ci, Beydullayeva 26-cı, Balacayeva 31-ci, Fətəliyeva 38-ci, Zeynəb Məmmədyarova 59-cu, Türkan Məmmədyarova 67-ci, Xəyalə Abdulla 71-ci, Babayeva 88-ci, Allahverdiyeva 101-ci yerdədir. Avropa çempionatı avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.