Tokioda keçiriləcək 16-cı Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Milli Paralimpiya komandasının 38 nəfərdən ibarət böyük heyəti Yaponiyaya yola düşüb. Yolasalma mərasimində Gənclər və idman Nazirliyi, Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmiləri, Qarabağ qaziləri, media nümayəndələri və idmançıların ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, 24 kişi və 12 qadınla Yaponiyaya yollanan komandamızın açılış mərasimində bayraqdarı - ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev olacaq. Avqustun 24-də Tokio Milli Olimpiya Stadionunda start götürəcək 16-cı Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.