Qadın şahmatçıların Avropa çempionatı sona yaxınlaşır. Artıq 9-cu tur arxada qalıb. Bu dəfə idmançılarımızdan 4-ü qələbə qazanıb. Zeynəb Məmmədyarova İsrail, onun bacısı Türkan isə Danimarka şahmatçısını məğlubiyyətə uğradıb. Nəsrin Babayeva Avstriya, Ayan Allahverdiyeva Almaniya şahmatçısından güclü olub. Gövhər Beydullayeva, Ülviyyə fətəliyeva, Xəyalə Abdulla rəqibləri ilə heç-heçə edib. Gülnar Məmmədova, Günay Məmmədzadə, Xanım Balacayeva isə uduzub. 11 turdan ibarət Avropa çempionatına avqustun 20-də yekun vurulacaq.