Formula 1 bu il keçirilməli olan Yaponiya Qran-prisinin ləğv edildiyini açıqlayıb.

Buna gündoğar ölkədə epidemioloji vəziyyətin ürəkaçan olmaması səbəb kimi göstərilib. Ölkədə Formula 1 qran-prisinin keçirilməməsi ilə bağlı qərarı isə Yaponiya höküməti qəbul edib. Formula 1 rəhbərlyi iştirakçıların təhlükəsizliyi üçün zəmanət versə  də, bu yerli hakimiyyət nümayəndələrini qane etməyib. Ehtimal olunur ki, Yaponiyadakı Qran-prinin əvəzinə yarışı Bəhreyn Qran-prisi əvəzləyəcək. Amma Formula 1 hələ ki, təqvimlə bağlı heç bir dəyişiklik etməyib. Ümumiyyətlə mövsümün sonunda təqvimlə bağlı qeyri-müəyyənlik davam edir. Bəzi mənbələr mövsümün son yarışlarının Yaxın Şərq ölkələrində keçiriləcəyini yazır.  Məsələ ondadır ki, Türkiyə, Meksika və Braziliya Qran-prilərinin ləğv olunma təhlükəsi ilə bağlı da xəbərlər dolaşır. Sonda xatırladaq ki, Yaponiya Qran-prisi ötən il də epidemioloji vəziyyətlə əlaqədar ləğv olunmuşdu.