İspaniya La Liqasında 1-ci tur yekunlaşıb. Turun sonuncu oyunlarında hesab açılmayıb. Bir müddət əvvəl UEFA superkuboku uğrunda matçda “Çelsi”yə uduzan “Vilyarreal” “Qranada”nı qəbul edib. Qarşılaşmada yadda qalan yeagnə hadisə 82-ci dəqiqəyə təsadüf edib. “Vilyarreal”ın müdafiəçisi Xuan Foyt meydandan çıxarılıb.
“Elçe” – “Atletik” oyununda da azarkeşlər qol görməyiblər. Düzdür 29-cu dəqiqədə top qapıdan keçib. Meydan sahiblərindən Fidel fərqlənib. Lakin VAR sisteminin müdaxiləsindən sonra ofsaydın olduğu aşkarlanıb. Beləliklə “Elçe” – “Atletik” oyunu da qolsuz heç-heçəylə yekunlaşıb. 1-ci turda qələbə qazanan komandalardan “Real”, “Sevilya” və “Barselona” La Liqanın yarış cədvəlində irəlidə gedir.