Mərhum veteran futbolçu Anatoli Banişevskinin 75 illiyinə həsr olunan yarış başa çartıb.
25-ci dəfə təşkil olunan “Banişevski turniri” maraqlı mübarizə şəraitində davam edib. Fevral ayında keçirilməli olan, lakin, pandemiyaya görə təxirə salınan yarışda Bakı, Sumqayıt və Abşerounun kənd və qəsəbələrini təmsil edən 8 komanda birincilik üçün qüvvələrini sınayıb. Qruplarda ilk yeri tutan komandalar isə həlledici mərhələyə vəsiqə qazanıb. Burada Sumqayıtın “Culat”, Zəngilanın “Çinar” komandasına rəqib olub. Yekunda rəqibinə 8-3 hesabıilə qalib gələn Culat kollektivi 4-cü dəfə kubokun qalibi olub. Sonda isə qalib və mükafatçılara kubok, medal və diplomlar verilib.