Qadın şahmatçıların Avropa çempionatında 7-ci tur arxada qalıb.

Bu dəfə 10 idmançımızdan yalnız 2-si  qələbəyə sevinib. Gülnar Məmmədova Belarus, Gövhər Beydullayeva isə Rusiya şahmatçısını məğlub edib. Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova rəqibləri ilə xalı yarı bölüb. Günay Məmmədzadə, Xanım Balacayeva, Nəsrin Babayeva, Xəyalə Abdulla, Ayan Allahverdiyeva isə uduzub. Şahmatçılarımız arasında ən yaxşı nəticə göstərən Günay Məmmədzadədir. O, 5 xalla 5-ci pillədədir. Qeyd edək ki, ümumi mükafat fondu 60 min avro olan Avropa çempionatında ali mükafata yiyələnən şahmatçı dünya kuboku yarışına vəsiqə qazanacaq.