Fransa çempionatında 2-ci turun son oyun günündə “Anje”  –  “Olimpik Lion”la münasibətlərə aydınlıq gətirib. Mövsümə yaxşı start verən meydan sahibləri 20-ci dəqiqədə rəqibi mərkəzə dəvət ediblər. Sofin Bufali dəqiq oynayıb. 53-cü dəqiqədə isə Lionun heyətindən Marselo avtoqolla yadda qallıb. Bir qədər sonra qonaqlar meydanda azlıqda qalıblar. Lionun hücumçusu Maksvel Korne ikinci sarı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. “Anje” futbolçuları isə say üstünlüyündən yararlanıblar.  Azzedin Ounax rəqib qapısına yol taparaq yekun nəticəni müəyyənləşdirib. “Anje” – “Lion”  3-0

Digər qarşılaşmada “Marsel” – “Bordo”nu qəbul edib. 34-cü dəqiqədə meydan sahiblərinin türkiyəli futbolçusu Cengiz Ünder diqqət mərkəzinə düşüb. Bir qədər sonra isə Dimitri Paye Marselin üstünlüyünü iki topa çatırıb.  Lakin təslim olmaq istəməyən qonaqlar geri dönüş etməyi bacarıblar. Əvvəlcə, 51-ci dəqiqədə Timoti Pembele fərqi minimuma endirib. 6 dəqiqə sonra isə Remi Udin komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi olub – “Marsel” – “Bordo” 2:2

2 turdan sonra hərəyə 6 xal toplayan “Anje”, “Klermon” və PSJ kollektivləri 1-3-cü yerləri bölüşürlər.