Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

O, Belçikada "Gent" və Polşanın "Rakuv" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.Qeyd edək ki, "Gent" - "Rakuv" matçı avqustun 26-da keçiriləcək.