Peşəkar boks üzrə iki çəki dərəcəsində sabiq dünya çempionu Devid Hey karyerasını bərpa etmək qərarına gəlib.

Böyük britaniyalı boksçu sentyabrın 11-də rinqə çıxacaq. O, həmyerlisi Co Furnye ilə qarşılaşacaq.  Xatırladaq ki, Hey sonuncu döyüşünü 2018-ci ildə keçirmiş və Toni Bellyuya məğlubiyyətdən sonra karyerasını başa vurmuşdu. O, karyerası ərzində Nikolay Valuyev, Con Ruis, Derek Çisora və daha bir neçə güclü boksçuları məğlub edib.