Qadın şahmatçıların Avropa çempionatında 4-cü tur keçirilib. Bu dəfə 10 zəka ustamızdan 3-cü qalib gəlib.Gövhər Beydullayeva Belarus, Xəyalə Abdulla Avstriya, Zeynəb Məmmədyarova Slovakiya şahmatçısıyla görüşdə uğur qazanıb.
Günay Məmmədzadə, Xanım Balacayeva, Türkan Məmmədyarova rəqibləri ilə xalı yarı bölüblər. Bundan başqa Gülnar Məmmədova və Ülviyyə Fətəliyevanın görüşündə də qalib müəyyənləşməyib. Ayan Allahverdiyeva və Nəsrin Babayeva isə 4-cü turda uduzub. Günay Məmmədzadə 3 xal yarımla hazırda ən yaxşı nəticə göstərən şahmatçımızdır. O, daha 2 idmançı ilə 3-5-ci yerləri bölüşür. Qeyd edək ki, turnirdə qalib gələn şahmatçı dünya kuboku yarışına vəsiqə qazanacaq.