Prezident İlham Əliyev Tokio Yay Olimpiya Oyunlarında yüksək nəticələr göstərən idmançılarımızın və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. İkinci yeri tutmuş hər idmançıya 200 min manat, məşqçisinə 100 min manat,  üçüncü yeri tutan idmançılarımızın hər birinə isə 100 min, məşqçisinə 50 min manat mükafat təyin edilib.

Ölkə başçısının digər sərəncamı ilə Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Namiq Abdullayev, Yaşar Bəşirov, Denis Morozov, Füzuli Musayev və Qurban Tağıyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezidentin daha bir sərənacamı ilə Mariya Stadnik “Vətənə xidmətə görə” 1-ci dərəcəli, Rəfael Ağayev, Hacı Əliyev və İrina Zaretska “Vətənə xidmətə görə” 2-ci dərəcəli, Alfonso Domingez, İrina Kindzerska və Rafiq Hüseynov “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə, Aslan Ağayev və  Elman Əzimzadə 3-cü dərəcəli “Əmək” ordeni ilə, Vüsal Cəfərov, Anar Məmmədov, Orxan Məmmədov, Rəşad Məmmədov, Radik Hüseynov, Aleksandr Tarakanov və  Horta Domingez “Tərəqqi” medalı ilə təltif olunub.

Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Tokio olimpiadasında yüksək nəticələr qazanan idmançılar və onların məşqçilərinin  mükafatlandırılaması barədə də sərəncam imzalayıb.  Sərəncama əsəsən İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat,  Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisi isə 25 min manat mükafat təyin edilib.