Formula 1-in rəsmi saytı azarkeşlər arasında mövsümün ilk dövrəsinin ən yaxşı pilotunu müəyyənləşdirməklə bağlı sorğu keçirib.
Səsvermədə iştirak edən azarkeşlər “Red Bull” pilotu Maks Ferstappenlə “Maklaren” sürücüsü Lando Norrisi xüsusi fərqləndirib. Hər iki pilot 8,8 xal toplayıb. 3-cü yerdə isə 7,7 xalla “Uilyams” pilotu Corc Rassell qərarlaşıb. Maraqlıdır ki, 7 qat dünya çempionu Lüis Hemilton 7,2 xalla səsvermədə 7-ci yeri tutub.