"Forbes" maliyyə-iqtisadi jurnalı Tokio-2020 Yay Olimpiya Oyunlarının medalçılarına ən böyük məbləğdə pul ödəmiş ölkələrin reytinqini açıqlayıb.
Siyahıya öz medalçılarına 9,07 milyon dolları verən İtaliya başçılıq edir. Bu ölkə 10 qızıl, 10 gümüş və 20 bürünc medal qazanıb. İkinci yerdə 39 qızıl, 41 gümüş, 33 bürünc medala görə 7,84 milyon dollar sərf etmiş Amerika Birləşmiş Ştatları qərarlaşıb. Üçüncü yeri isə 10 qızıl, 12 gümüş, 11 bürünc medaldan ötrü 6,51 milyon dollar xərcləyən Fransa tutur. Maraqlıdır ki, Tayvan medalçılara 5 milıyon dollara yaxın pul ödəməklə ilk beşliyi tamamlayır. Qardaş ölkə türkiyə isə 2,26 milyon dollar ödənişlə 8-ci pillədədir. Türkiyəli idmançılar olimpiadada 2 qızıl, 2 gümüş, 9 bürünc medal qazanıblar.