Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə sentyabrda baş tutacaq seçmə oyunlarına qonaq komandaların azarkeşləri buraxılmayacaq.
Bu barədə UEFA və FIFA qərar çıxarıb. Avropada koronavirusa yoluxmanın artması ilə əlaqəda alu futbiol qurumları belə bir addım atmağa məcbur olub. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı isə müzakirə aparılacaq. Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin A qrupunda yarışan millimiz sentyabrın 1-də Lüksemburqun, 3 gün sonta isə İrlandiya yığmasının qonağı olacaq. Sentyabrın 7-də isə komandamız Bakıda Portuqaliya futbolçuıarını qəbul edəcək.