UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi başa çatıb. Azərbaycan millisinin üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” Zaqrebdə 1:1 hesablı heç-heçədən sonra “Dinamo” isə doğma meydanda üz-üzə gəlib. Mahirin start heyətində başladığı qarşılaşmada hesab 20-ci dəqiqədə açılıb. Bartol Franyiç Xorvatiya klubuna üstünlük qazandırıb. İlk hissə minimal hesabla başa çatıb. “Legiya” futbolçuları fasilədən sonra dönüş edə bilməyiblər. Mahir Emrelinin 56 dəqiqə meydandan olduğu oyunda “Dinamo” sərfəli hesabı qoruyub.  2 görüşün yekun nəticəsinə əsasən 2:1 hesabilə qalib gələrək UEFA Çempionlar Liqasında pley-ofa çıxıb. Zareqblilər bu mərhələdə Moldovanın “Şerif” klubu ilə qarşılaşacaqlar. “Legiya”nı isə UEFA Avropa Liqasının pley-ofunda “Slaviya” Praqa komandası ilə matçlar gözləyir.

Moskva “Spartak”ı “Benfika”ya  öz meydanında 0:2 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyib. Lissabonda keçirilən oyunda da eyni hesab qeydə alınıb. Lissabonlular 58-ci dəqiqədə Joau Mariunun vurduğu qolla istəklərinə çatıblar. 2-ci hissəyə artırılan 2-ci dəqiqədə isə Samuel Jiqo avtoqol müəllifi olub. 2 qarşılaşmanın yekununda 4:0 hesabilə qələbə qazanan “Benfika” pley-ofda PSV ilə görüşəcək.

Donetsk “Şaxtyor”u isə azarkeşlərini sevindirib. Ukrayna klubu “Genk”i Belçikada 2:1 hesabilə məğlubiyyətə uğradandan sonra doğma meydanda da eyni hesabla qalib gəlib. 27-ci dəqiqədə Donetsk futbolçularından Lassana Traore hesabı açıb. 76-cı dəqiqədə Markos Antonio fərqi artırıb. Vaxtın tamamında meydan sahiblərinin qapısına yol tapan Siril Desser isə “Genk”in yeganə qolunun müəllifi olub. Ümumən 4:2 hesablı qələbə sayəsində pley-ofa çıxan “Şaxtyor”un bu mərhələdə rəqibi “Monako” komandasıdır.