Əliyar Ağayev UEFA-dan təyinat alıb.

FİFA referesi Lüksemburqun "Fola Eş" və Şimali İrlandiyanın "Linfild" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşması Bakı vaxtı ilə 21:30-da start götürəcək. İlk oyunda Lüksemburq təmsilçisinin 2:1 hesabı ilə qalib.