"İnter"in futbolçusu Romelu Kukaku "Çelsi"yə transfer olunmaqda israrlıdır. 28 yaşlı hücumçu Milan klubundan onu "Çelsi"yə satmağa razı olmasını istəyib. Daha əvvəl "İnter" "zadəganlar"ın iki təklifini rədd edib. Lakin 110-120 milyon avroluq təklif A seriya təmsilçisini qane edə bilər. Qeyd edək ki, Lukaku 2011-2014-cü illərdə də "Çelsi"də çıxış edib.
"Bavariya" heyətini gücləndirmək üçün futbolçu axtarışlarını davam etdirir. Münhen təmsilçisi "Yuventus"un oyunçusu Danilonu sıralarına qatmaq istəyir. Klub artıq 30 yaşlı müdafiəçi üçün Turin təmsilçisinə təklif də göndərib. Lakin A Seriyası klubu bütün təklifləri rədd edib. Bildirilir ki, "Bavariya" futbolçunu almaqda israrlıdır və qarşı tərəfə yenidən təklif göndərəcək. Danilo 2019-cu ildən "Yuventus"da oynayır.
"Mançester Siti" "Aston Villa"nın futbolçusu Cek Qrilişi transfer etməyə yaxındır. klublar bu transferlə bağlı razılığa gəlib. Mançester təmsilçisinin 117 milyon avro təzminat ödəyəcəyi bildirilir. 25 yaşlı yarımmüdafiəçi ilə 2026-ci ilin iyununa qədər müqavilə imzalanacaq. Beləliklə, bu, İngiltərə Premyer Liqası tarixinin ən bahalı transferlərindən biri olacaq. Qriliş 2012-ci ildən "Aston Villa"nın şərəfini qoruyur.