DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələ oyunlarında bu ilin sentyabrından VAR sistemi tətbiq olunacaq.
Bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.Bu da o deməkdir ki, Azərbaycan millisinin oyunlarında da bu texnologiyadan istifadə olunacaq. Millimiz seçmə mərhələdə növbəti oyununu sentyabrın 7-də Bakıda Portuqaliya yığmasına qarşı keçirəcək.