Tokio olimpiadasında Azərbaycan komandası daha bir medal qazana bilər. 77 kq çəkidə çıxış edən Yunan-Roma güləşçimiz Rafiq Hüseynov təsəlliverici görüşdə tunisli Maafi Lamcedə qalib gəlib. Hüseynov bu gün saat 14:30-da bürünc mükafat uğrunda qarşılaşmaya çıxacaq. Onun rəqibi ermənistanlı Karapet Çalyandır.

68 kq çəki dərəcəsində yarışan qadın güləşçimiz Elis Manolova isə təsəlliverici görüşdə mübarizə aparıb.  O, Qırğızıstan idmançısı ilə bacarmayıb.

Yunan-Roma güləşçilərimizdən 87 kq-da mübarizəyə qoşulan İslam Abbasov ilk görüşdə kuba təmsilçisinə uduzub. Rəqibi növbəti görüşdə məğlub olduğundan Abbasov yarışı mükafatsız başa vurub.