UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Turnirdə Azərbaycanın yeganə təmsilçisi olan "Neftçi"nin də potensial rəqibi bəlli olub. "Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Flaqman ilk matçını səfərdə keçirəcək.

"Ağ-qaralar" Avropa Liqasının III raundunda Finlandiya HİK-ini keçə bilməsə, Konfrans Liqasının pley-offunda İsrailin “Makkabi” Hayfa və Farer adalarının “Torşavn" komandasının qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk matçı doğma meydanda keçirəcək.

Azərbaycanın avrokuboklardakı digər təmsilçisi "Qarabağ"ın da UEFA Konfrans Liqasının pley-off mərahələsindəki potensial rəqibi müəyyənləşib. Ağdam təmsilçisi III raundda Kipr AEL-ini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə İslandiyanın "Breydablik"  - Şotlandiyanın "Aberdin" cütünün qalibi ilə üz-üzə gələcək. "Qarabağ" ilk görüşünü Bakıda oynayacaq.

Həm Avropa Liqası, həm də Konfrans Liqasının Pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da keçiriləcək.