Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşlərə qatılacaq.
Buna idmançının 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudovun yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanması səbəb olub.
Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Avropa çempionu qələbə qazanacağı təqdirdə, bürünc medal qarşılaşmasında Karapet Çalyana rəqib olacaq.
Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaq.
68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəlib. Bu səbəbdən, Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb.
O, bürünc medal qazanmaq üçün əvvəlcə qırğızıstanlı Meerim Jumanazarovanı, daha sonra monqolustanlı Battsetseq Soronzonboldu yenməlidir.
Təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək.