Atletika yarışlarında neqativ hallarla mübarizə aparan müstəqil araşdırma mərkəzi 20 atletin Tokio Olimpiadasında iştirakına qadağa qoyub.
Onların 15 antidopinq qaydasını pozduğu bildirilir. Qaydaya əsasən, idmançılar 10 ay ərzində 3 aydan bir ən azı 3 dəfə dopinq-testdən keçməlidir. Bütün bunlar da idmançıların yarışmadığı dövrə təsadüf etməlidir. Maraqlıdır ki, 20 idmançı arasında 10 atlet Nigeriyadandır. Daha 6 nəfər Belarus və Ukraynanı təmsil edir.