Qadınlar arasında keçirilən 100 metr məsafəyə batterflay yarışında rəqiblərini qabaqlayan 21 yaşlı üzgüçü Marqarit Maknil  Tokioda Kanadaya ilk qızıl medal qazandırıb. Maraqlıdır ki, Maknil görmə qabiliyyətinin zəif olmasına görə çıxışını başa vurduqdan sonra çempion olduğunu bilməyib. O, gözlərini qıyaraq tabloya baxsa da, orada nə yazıldığını görməyib. Yalnız rəqiblərinin onu təbrik etməsindən sonra hamını qabaqladığını anlayıb.