Tokio Olimpiadasında çıxış edən atletika üzrə Avstraliya millisinin 63 üzvü karantinə alınıb. Buna komandanın üzvlərindən biri olan Sem Kendriksin koronavirus testinin müsbət nəticələnməsi səbəb olub. İlkin ehtimallara görə, atletlərin hamısı Kendrikslə təmasda olub. Şüvüllə tullanma ustas Kurtis Marşall Kendrikslə müntəzəm söhbət etdiklərikni etiraf edib.
Yeri gəlmişkən, eyni problemlə sinxron üzgüçülük üzrə Yunanıstan millisi də üzləşib. Tokio hava limanında komandanın üzvləri testdən keçərkən nümyəndə heyətindən birinin koronavirusa yoluxduğu məlum olub. Nəticədə heyət tam tərkiblə xüsusi məntəqəyə yerləşdirilib. Üzgüçülərin yarışlarda iştirak edib-etməyəcəyinə növbəti testdən sonra aydınlıq gələcək.