Tokio Olimpiyadasının üçgüçülük idman növündə növbəti medalçılar müəyyənləşib. Kişilərin bras stili üzrə 100 metr məsafəyə üzmə yarışında Böyük Britaniyalı Adam Piti bütün rəqiblərini qabaqlayıb. 26 yaşlı atlet eyni zamanda üzgüçülükdə qızıl medal qazanan ilk Britaniyalı kimi tarixə keçib. Niderlandlı Arno Kaminqa 2-ci, İtaliyalı Nikolo Martineqli isə, 3-cü sırada finişə çatıb.
Qadınların 100 metr məsafəyə baterflay yarışında da müfafatçıların adına aydınlıq gəlib. Kanadalı Marqaret Makneyl qızıl medala sahib çıxıb. Çinli Jan Jufey gümüş, avstraliyalı Emma Makkion isə, bürünc medalla kifayətlənib.
400 metr məsafəyə sərbəst stildə üzmə turnirində sürpriz nəticə qeydə alınıb. Avstraliya təmsilçisi Ariarne Titmus Birləşmiş Ştatlar atleti, 4 qat olimpiya çempionu Keti Ledekini qabaqlamağı bacarıb. Bürünc medalın sahibi isə, çinli Yan Çeyunsuyan olub.
Qadınların ağırlıqqaldırma yarışında Filippin milli komandası tarixdə ilk Olimpiya qızılını qazanıb. 55 kq çəkidə Xidilin Dias 224 kq ağırlığı başı üzərinə qaldırıb. Bu eyni zamanda yeni Olimpiya rekordudur. Cəmi 1 kq az ağırlığın öhdəsindən gələn Çinli atlet Liyao Çiyun gümüş mükafatçı olub.
Yaponiyalı stolüstü tennisçilər cütlü mübarizədə çinli rəqiblərinin hegemonluğuna son qoyublar. Yun Mizutani və Mima İto həlledici görüşdə favorit sayılan Çin millisinin üzvləri Syu Sin və Lyu Şiveni məğlub ediblər. Xatırladaq ki, stolüstü tennis üzrə Çin seçməsi Rio olimpiyadasının 4 qat qalibidir.
Qadınların taekvando turnirində xorvatiyalı Mateo Eliç Tokio Olimpiyadasında ölkəsinə ilk qızıl medalı qazandırıb. 67 kq çəkidə çıxış edən idmançı finalda Böyük Britaniyalı Louren Vilyamsı 25-21 hesabilə məğlub edib. Bürüncü mükafatçılar isə, Misir və Fil dişi sahili təmsilçiləri olub.
Qılıncoynatmanın rapira növündə Honq Konq idmançısı Çun Ka Lonq ölkəsinin tarixində ikinci qızıl medalı qazanıb. Bu nəticə kişillərin mübarizəsində qeydə alınıb. O, həlledici oyunda Rio Olimpiyadasının qalibi italiyalı Daniyele Qaroççodan üstün olub – 15:11