Tokio Olimpiadasında gender bərabərliyi nöqteyi nəzərindən tarixə düşəcək.
Olimpiya Oyunlarında iştirak edən idmançıların 48 faizi qadınlardan ibarət olacaq ki, bu da rekord göstəricidir. Buna qədər rekord 2016-cı ildə Rio De Janeyro Olimpiadasında qeydə alınmışdı. Braziliyaya gedən idmançıların 45 faizi qadınlardan ibarət idi. 2012-ci ildə London Olimpiadasında isə 44,2 faiz qadın idmançı iştirak etmişdi.