Ötən il 34,5 milyon dollar qazanan Novak Cokoviç Olimpiadada iştirakının səbəbindən danışıb.

Bir müddət əvvəl Tokioda məhdudiyyətlərin tətbiqinə görə tennis yarışlarına qatılmaqda tərəddüd edən Novak sırf vətənpərvərlik hissinə görə Yaponiyaya yollanacağını söyləyib: “Hər şey mənim vətənimə bağlılığımdan asılıdır. Hərçənd yarışların azarkeşsiz keçirilməsi və müəyyən qadağanların tətbiqi ürəyimcə deyil. Amma Olimpiadada mütləq öz ölkəni təmsil etməlisən. Bir neçə gün öncə xorvatiyalı şüvüllə tullanma ustası Blanko Vlaşiçlə görüşəndə o mənə dedi ki, insanlar yalnız sənin medal qazandığını xatırlayacaq. Heç kim buradakı şərtləri yada salmayacaq”.