Tokio Yay Olimpuiya Oyunlarının rəsmi startına 6 gün qalıb.

Yaponiyanın 126-cı imperatoru Naruhito iyulun 23-də 4 illiyin zirvə yarışınının açılış mərasimində iştirak edəcək. O, mərasim zamanı Olimpiya Oyunlarının açılışını da elan edəcək. Yaponiya mətbuatının məlumatına görə, imperator açılış mərasimində iştirak edəcək digər ölkələrin yüksək vəzifəli şəxsləri ilə də görüşməyi planlaşdırır. Amma imperator və onun ailəsi  yarışları izləmək niyyətində deyil. O, Olimpiadanın azarkeşsiz keçirilməsi ilə bağlı qərar qəbul edən təşkilat komitəsinə dəstək məqsədi ilə idman arenalarına baş çəkməyəcək.

Xatırladaq ki, 61 yaşlı imperator həm də 2019-cu ilin mayın 1-dən etibarən Tokio Olimpiya və Paralimpiya Oyunlarının fəxri himayəçisidir. Olimpiya xartiyasının qanunlarına görə, məhz təşkilatçı ölkənin başçısı belə bir hüquqa malikdir. Maraqlıdır ki, Naruhitonun babası 1964-cü ildə Tokio Yay Olimpiya Oyunlarının, 1972-ci ildə Sapparo Qış Olimpiya Oyunlarının açılışını elan etmişdi. Onun atası Akihito isə 1988-ci ildə Naqanoda keçirilən Qış Olimpiadasının açılış mərasimində eyni səlahiyyətlərlə yadda qalmışdı.