Türkiyənin İstanbul şəhəri 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
Bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Qərara əsasən, 2022/2023-cü illər mövsümünün finalı Almaniyanın Münhen şəhərindən alınıb. Bu addım 2020/2021 mövsümündə həlledici qarşılaşmanın koronavirus pandemiyası ilə əlaqədar İstanbuldan Portuya verilməsi səbəbindən atılıb.Əvəzində Münhendə 2025-ci ildəki final görüşü keçiriləcək. 2021/2022-ci illər mövsümünün final oyununun yeri dəyişməyib. Gələn il ev sahibi Rusiyanın Sankt-Peterburq şəhəri olacaq.
UEFA İcraiyyə Komitəsi həmçinin Avropa Liqasının final oyunlarının da məkanlarını açıqlayıb. Dublin Avropa Liqasının 2023/2024 mövsümünün final oyununu təşkil edəcək, Bilbao isə Avroliqanın 2024/2025 mövsümünün, habelə 2024-cü ildə qadınlar arasında Çempionlar Liqasının həlledici görüşünə ev sahibliyi edəcək.