Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə “Sabah”dan ayrılıb.
O, karyerasını ölkə xaricində davam etdirəcək. 24 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-”Əyn” klubu ilə razılığa gəlib. Millimizin üzvü “Əl-Əyn”lə 3 illik müqaviləyə dair razılıq əldə edib. Qeyd edək ki, “Əl-Əyn”in baş məşqçisi ötənlərin məşhur futbolçusu, Ukrayna millisinin sabiq hücumçusu Sergey Rebrovdur. 47 yaşlı mütəxəssis ötən ay bu komandaya baş məşqçi təyin olunub. Bəhlul Mustafazadə “Qəbələ”nin yetirməsidir. O, hələ bu klubda olarkən 2017/18 mövsümünü “Sumqayıt”da icarədə keçirib. 2019-cu ildən isə müdafiəçi “Sabah”ın uğurları üçün çalışırdı.