Beynəlxalq Üzgüçülük Federasiyası Olimpiadada iştirak etməli olan iki rusiyalı üzgüçünün çıxışına qadağa qoyub. 

Söhbət Veronika Andrusenko ilə Aleksandr Kudaşevdan gedir.  Hər iki idmançı antidopinq qaydalarını pozmaqda ittiham olunur. Kudaşev Olimpiadada 200 m məsafəyə batterflay, Andrusenko isə sərbəst üslubda estafet yarışlarında mübarizə aparmalı idi.  Rusiya Milli Olimpiya Komitəsi məsələ ilə bağlı bəyanat yayaraq üzgüçüləri sona qədər müdafiə edəcəyini bildirib.