Rusiyanın “Soçi” şəhərində Azərbaycan şahmatçılarının da iştirak etdiyi dünya kuboku yarışı davam edir.

Həmvətənlərimizdən daha üçü mübarizəyə qoşulub. Çıxışına 2-ci mərhələdən başlayan Şəhriyar Məmmədyarov braziliyalı idmançı, Nicat Abasov isə erməni rəqibi ilə heç-heçə edib. Eyni mərhələdə Vasif Durarbəylinin Rusiya, Gülnar Məmmədovanın Gürcüstan təmsilçisi ilə görüşlərində də qalib müəyyənləşməyib. Günay Məmmədzadə 1/32 finalda sloveniyalı şahmatçı ilə xalı yarı bölüb. Xatırladaq ki, dünya kuboku yarışında fərqlənən zəka ustaları iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.