Basketbol üzrə Avroliqanın növbəti mövsüm üçün püşkü atılıb. Mövsüm sentyabın 30-da start götürəcək. Reqlamentə gəlincə, 18 komandanın hərəsi müntəzəm çempionatda 34 oyun keçirəcək. Aprelin 8-də münətəzəm çempionat başa çatdıqdan sonra ilk 8 yeri tutan komanda pley-offa vəsiqə qazanacaq. Daha sonra 4 klub Berlində keçirilək “dördlər finalı”nda çıxış edəcək. Mövsümün ilk turuna gəlincə, azarkeşlər sentyabrın 30-da 4 oyun izləyəcək. Fransada “Monako “Panatinaikos”la qarşılaşacaqsa, Təl-Əvivdə “Makkabi” “Bavariya”nı qəbul edəcək. İtaliyada keçiriləcək “Milan”la ÇSKA arasında oyun da maraqla gözlənilir. Günün mərkəzi matçında isə “Real” Madriddə son çempion “Anadolu Efes”lə oynayacaq.

Oktyabrın 1-də isə daha 5 görüş keçiriləcək. UNİKS Kazanda “Zenit”lə münasibətlərinə aydınlıq gətirəcəksə,  “Fənərbağça” İstanbulda “Srvena Zvezda” ilə qarşılaşacaq. Fransada ASVEL  “Jalgiris”in müqavimətini qırmağa çalışacaqsa, “Olimpiakos” Pireydə “Baskoniya”nı, “Barselona” isə “Palau Blauqrana”da Berlinin “Alba” klubunu qəbul edəcək